Gürcüstan millisinin qapıçısı "Liverpul" yolunda

"Valensiya"nın və Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvili "Liverpul"un futbolçusu ola bilər.

Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, mersisaydlılar qapıçı üçün İspaniya klubuna 30 milyon avroluq təklif hazırlayıb.

Xatırladaq ki, AVRO-2024-də Mamardaşvili 30 seyv edib və 2008-ci il Avropa çempionatında 32 seyv edən Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyevin rekordunu demək olar ki, təkrarlayıb.

Ötən mövsüm qapıçı "Valensiya"da 32 oyun keçirib. 12 matçda qapını təmiz saxlayıb, qalanlarında isə 34 qol buraxıb. Transfermarkt internet portalı Mamardaşvilini 45 milyon avro qiymətləndirir.

0.097144842147827