"Son zəng"də şagirdlərə "oğru aləmi"nin mahnısını oxumağa icazə verən xanım yenidən DİREKTOR OLACAQ?

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

"Qaynarinfo" xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.

İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.

Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə birgə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.

0.075191020965576