Azərbaycan futbolunda mütləq rekord

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.

Xeber-ps.com Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, I turun "Zirə" - "Səbail" oyununda (4:1) gerçəkləşib.

Davit Volkov birinci hissədə üç qol vurub. Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.

Qeyd edək ki, "Zirə"də ikinci dəfə belə uğura imza atan Volkov "Sabah"ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

0.062010049819946