Paris-2024: Cokoviç olimpiya çempionu oldu

Paris-2024 Yay olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışlarında serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.

Xeber-ps.com xəbər verir ki, finalda serbiyalı məşhur tennisçinin rəqibi ispaniyalı Karlos Alkaras olub.

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçusu olan Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

0.084535837173462