Müğənni Adel olimpiya finalında qadınların 100 metr məsafəyə qaçış yarışını izləmək üçün Münhendəki konsertini dayandırıb.
Xeber-ps.com gazeta.ru-ya istinadən xəbər verir ki, tədbir zamanı ifaçının komandası ABŞ idmançısı Şa'Karri Riçardsonun qaçışını izləmək üçün yarışı canlı olaraq səhnədəki ekranlara gətirib.
Finalda Sent-Lüsiya təmsilçisi Julyen Alfred qalib gəlib. İdmançı 10.72 nəticə göstərərək ölkə rekorduna imza atıb. Podiumda qalan yerlər amerikalıların payına düşüb - Şa'Karri Riçardson ikinci (10.87), Melissa Cefferson isə üçüncü (10.92) olub.