Azərbaycan cüdo yığması Paris-2024-də ikinci oldu

Azərbaycanın Cüdo yığması Paris-2024 Yay Olimpiya Oyunlarında kişilər arasında ikinci yeri tutub.

Xeber-ps.com xəbər verir ki, bu barədə Olimpiya Komitəsinin saytına məlumat yerləşdirilib.

Belə ki, yığmamız siyahıda yalnız Yaponiyadan geri qalıb. Cüdo yığması olimpiya oyunlarını iki qızıl medalla başa vurub.

Ümumilikdə cüdo yarışları üzrə isə Azərbaycan yığması üçüncü olub.

Qeyd edək ki, Paris-2024-də Azərbaycan cüdoçularından Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medal qazanıblar.

0.07449197769165