"Barselona" "Real Madrid" görüşü "kataloniyalıların" minimal hesablı qələbəsi ilə başa çatıb

Yoldaşlıq görüşündə "Barselona" "Real Madrid"lə qarşılaşıb.

Xeber-ps.com xəbər verir ki, gərgin mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan "Barselona" hesabı 42-ci dəqiqədə açıb. Pau Viltor hədəfdən yayınmayıb - 1:0.

Fasilədən sonra hücumlarpn kəsərini artıran "kataloniyalılar" yenidən fərqləniblər. Pau Viltor 54-cü dəqiqədə dublunu rəsmiləşdirib - 2:0.

"Real Madrid"in isə gücü yalnız təsəlli qoluna çatıb. Niko Pazın 82-ci dəqiqədə vurduğu qol görüşün yekun nəticəsini müəyyənləşdirib - 1:2.

0.065167903900146