Azərbaycanlı hakim növbəti Avropa oyununda

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti mühüm təyinatını alıb.

Xeber-ps.com xəbər verir ki, təcrübəli hakim UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda İsveç təmsilçisi "Yurqorden" və Finlandiya klubu "İlves" arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.

Elçin Məsiyevə bu məsuliyyətli görüşdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim qismində isə Fərid Hacıyev fəaliyyət göstərəcək. Bundan əlavə, Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR rolunu icra edəcəklər.

Xatırladaq ki, "Yurqorden" və "İlves" arasındakı həlledici görüş 15 avqust tarixində Stokholm şəhərindəki "Stokholm Arena"da baş tutacaq.

0.21683597564697