Hidayət Heydərov və Zelim Kotsoyev vətənə qayıdır

Paris 2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacağı tarix bəlli olub.

Xeber-ps.com xəbər verir ki, onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanınında olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.

0.06996488571167