Nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə bir nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Kamran Yaşar oğlu Quliyev xilas edilərək həkim briqadasına təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi