Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Xədicə Həsənova məlumat verib.
O bildirib ki, övladı mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:
"Kamranın bir yaşı var. O, mayın 26-da, iməkləyərkən qaynar su dolu qazanı üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq".
Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyac olduğunu deyib:
"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var. Bunun üçün isə bizim imkanımız yoxdur. Mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 837-62-60.
Bank Respublika: 4244 4848 4798 1648.