İsrail rəsmiləri bildiriblər ki, naməlum şəxslər sosial şəbəkələrdə Parisdə keçirilən Olimpiya Oyunlarında israilli idmançıların oğurlanması və öldürülməsinə görə mükafatlar barədə reklamlar yayıblar.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
Videoklip xəbər buraxılışı formatında montaj edilib. Orada İsrail idmançılarının fotoşəkillərini nümayiş olunaraq olimpiya komandasının üzvlərini öldürmək üçün 43 min dollara qədər pul mükafatı təklif edilir. Bundan əlavə, videoda 1972-ci ildə Münhendə keçirilən Olimpiadada Fələstinin "Qara Sentyabr" qrupunun təşkil etdiyi və 11 israillinin, eləcə də bir alman polisinin ölümü ilə nəticələnən terror aktının görüntüləri əks olunub.
İsrail hakimiyyəti klipin sosial şəbəkələrdə yayılmasının qarşısını alıb. İsrailin olimpiya komandasına qarşı kampaniya Fransanın ifrat sağçı təşkilatı tərəfindən başlayıb.