UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorest" matçının hakimləri bəlli olub

"Qarabağ"ın Bolqarıstanın "Ludoqorets" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Xeber-ps.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust.

20:00. "Qarabağ" - "Ludoqorets"

Baş hakim: Urs Şnider

Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer

Dördüncü hakim: Sven Volfensberger

VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç

Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. "Ludoqorets" - "Qarabağ"

Baş hakim: Simon Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale

Dördüncü hakim: Matteo Marçetti

VAR hakimləri: Gianluka Aureliano, Marko Serra

"Ludoqorets Arena"

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllüttariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.

0.06895899772644