"Adidas" şirkətinin baş direktoru Byorn Gulden fələstinli model Bella Hadidin yer aldığı SL 72 idman ayaqqabısı reklamına görə üzr istəyib.
Xeber-ps.com vesti.ru-ya istinadən xəbər verir ki, şirkət rəhbəri səhvini etiraf edib.
"Bu səhvdir. Geyim və ayaqqabı istehsalçısı gələcəkdə belə halların qarşısını almaq üçün öz hərəkətlərini nəzərdən keçirəcək", - deyə o bildirib.
Qeyd edək ki, SL 72 idman ayaqqabısı 1972-ci ildə Münhen Olimpiadası üçün hazırlanmış ayaqqabılar əsasında istehsal edilib. Məhz həmin idman yarışları zamanı Fələstinin "Qara sentyabr" terror qruplaşmasının yaraqlıları İsrail komandasının üzvlərini girov götürüblər. 17 nəfər bu hücumun qurbanı olub.
Bella Hadid də reklamda göründüyü üçün üzr istəyib. O, layihənin 1972-ci il hadisələri ilə əlaqəsi barədə heç nə bilmədiyini qeyd edib.