Yurgen Klopp: "Dünyanın ən yaxşı klublarını çalışdırmışam"

"Liverpul"un və Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasının perspektivlərindən danışıb.

Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, mütəxəssis dünyanın ən yaxşı klublarına rəhbərlik etdiyini bildirib.

"Bu gün bir məşqçi kimi bu, mənim üçün sondur. İstər-istəməz işdən çıxmağım adi bir qərar idi. Mən artıq dünyanın ən yaxşı klublarını çalışdırmışam", - o bildirib.

Xatırladaq ki, Yurgen Klopp karyerası ərzində iki Almaniya çempionluğu, İngiltərə çempionatında və Çempionlar Liqasında qələbə də daxil olmaqla 13 böyük kubok qazanıb.

0.06610107421875