"Sabah"ın baş məşqçisi: "Bizim üçün Hayfa təmsilçisi favoritdir"

"Sabah qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalıyıq".

Xeber-ps.com xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, səfərdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Hayfa təmsilçisi onlar üçün favoritdir:

"Bizi oyunun ikinci hissəsi gözləyir. Sabah qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalıyıq. "Makkabi" çox möhtəşəm klubdur".

Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah 20:00-da başlayacaq.

Anar Həsənov

0.069015979766846