Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

"Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.

"Qaynarinfo"nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq. Xatırladaq ki, "Şərur" MTK 2001-ci ildə yaradılıb və iş adamı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur.

0.081238985061646