İspaniyalı ulduz futbolçu rusiyalı modelə aşiq olub?

17 yaşlı ispaniyalı ulduz futbolçu Lamin Yamalın Alisa adlı 20 yaşlı rusiyalı modelə aşiq olduğu ilə bağlı xəbərlər yayılıb.

Bu barədə Xeber-ps.com MK.ru-ya istinadən bildirir.

İddia olunur ki, dünya futbolunun yüksələn ulduzu qıza böyük diqqət göstərir və qız da onun diqqətinə qarşılıq verir.

Rusiyalı sahibkarın qızı olan Alisa bir neçə il əvvəl Rusiyadan Barselonaya köçüb və hazırda ali təhsil alır.

Lamin və Alisanı hələlik bir yerdə görməyiblər. Ancaq pərəstişkarları diqqət ediblər ki, onlar sosial şəbəkələrdə bir-birinin paylaşımlarını bəyənirlər. Həmçinin Yamalın ispaniyalı pərəstişkarları artıq Alisanın şəxsi bloqunda "məskunlaşıblar". İnsanlar qıza çoxlu tərif söyləyirlər və onun bədən cizgiləri ilə bağlı heyranlıqlarını dilə gətirirər.

0.14920282363892