Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, 80 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.
Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi.