"Qalatasaray" müdafiəçisini Belçika klubuna satdı

"Qalatasaray" komandanın müdafiəçisi Emin Bayramı Belçikanın "Vesterlo" klubuna satıb.

Xeber-ps.com-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə nəşrin idman şərhçisi Burhan Can Terzi məlumat verib.

Terzinin sözlərinə görə, "Qalatasaray" bu transfer müqabilində "Vesterlo"dan 4 milyon avro transfer haqqı alacaq və növbəti satışda qazancın 50%-i "sarı-qırmızıların" kassasına daxil olacaq.

Qeyd edək ki, Emin Bayramın transferi əvvəllər də gündəmə gəlmiş, lakin azarkeşlərin reaksiyasından sonra futbolçunun komandada qalacağına qərar verilmişdi.

0.084800958633423