Mbappe futbol klubu alır

"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransanın "Kann" futbol klubunu almağa yaxındır.

Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, Mbappe tezliklə komandanın səhmdarına çevriləcək.

Qeyd olunur ki, Kilian klubdakı payını 20 milyon avroya alıb.

Beləliklə, hücumçu Pyer-Antuan Kaptonla birlikdə "Kann" klubunun sahibi olacaq.

Xatırladaq ki, Kilian uşaqlıqda məhz bu komandanın akademiyasında təhsil alıb. Klub ardıcıl altıncı mövsümdür Fransa Liqa 2-də çıxış edir.

0.072012901306152