Keylor Navasın yeni komandası bəlli olub

PSJ klubundan sərbəst agent kimi ayrılan Keylor Navasın yeni komandası açıqlanıb.

Xeber-ps.com idman jurnalisti Fabrizio Romanonun şəxsi "Instagram" hesabından etdiyi paylaşıma istinadla xəbər verir ki, İtaliyanın "Monza" klubu Keylor Navasla müqavilə imzalayıb.

Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Keylor Navas karyerası ərzində "Levante", "Real Madrid" və PSJ klublarının şərəfini qoruyub.

0.062474966049194