Türkiyənin qadınlardan ibarət voleybol komandası Paris-2024-ə qələbə ilə başlayıb

Türkiyə millisinin qadınlardan ibarət voleybol komandası Paris-2024 Yay Olimpiya Oyunlarında Niderlandla görüşdə geridönüş edərək qələbə qazanıb.

Xeber-ps.com xəbər verir ki, Niderland seçməsi 2:0 hesabı ilə öndə olsa da, "ay-ulduzlular" geridönüş etməyi bacarıblar.

Qarşılaşma Türkiyə seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə seçməsi avqustun birində Dominik Respublikası millisi ilə, avqustun dördündə isə İtaliya seçmə komandası ilə qarşılaşacaq.

0.10322999954224