Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Xeber-ps.com xəbər verir ki, ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) 1/8 finalda kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Kruzla qarşılaşıb və qələbə qazanıb.
1/4 finala vəsiqə əldə edən 29 yaşlı idmançı növbəti görüşünü qazaxıstanlı Aybek Oralbaya qarşı keçirəcək.
Cüdo yarışları isə Azərbaycanın tatami ustaları üçün uğurlu alınmayıb. Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk mərhələdə rəqiblərinə uduzmaqla turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də sabah daha altı idman növündə təmsil olunacaq.
Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Xeber-ps.com xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.
Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.
Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.