Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan "Paris-2024" Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.
Xeber-ps.com "NTVSpor"a istinadən xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.
O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.
Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.