Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

ABŞ Müdafiə Nazirliyi Filippində Çinin koronavirus əleyhinə "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Reuters" hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə istinadən məlumat yayıb.

"Doğrudur, (ABŞ Müdafiə Departamenti) Filippin xalqına "Sinovac"ın təhlükəsizliyini və effektivliyini şübhə altına alan mesajlar yayıb", - agentlik Pentaqonun, eləcə də Filippinin Xarici İşlər və Müdafiə Nazirliklərinin məlumatlarına əsaslanan sənəddən sitat gətirir.

Mətndə, həmçinin Pentaqonun COVID-19 haqqında məlumat yaymaqda bəzi səhvlərə yol verdiyini etiraf etdiyi qeyd olunub.

Sənədə əsasən, ABŞ tərəfi sonradan belə nəticəyə gəlib ki, peyvəndlərin diskreditasiyası kampaniyası ABŞ-nin prioritetlərinə uyğun gəlmir. Qeyd olunur ki, ABŞ hərbiçiləri Filippin tərəfini 2021-ci ilin avqustunda COVID-19-un mənşəyi və COVID-19-a qarşı peyvəndlər ilə bağlı məlumatların yayılmasını dayandırdığı barədə məlumatlandırıb.

0.065826177597046