"Fənərbağça" klubunun rəsmiləri Cengiz Ünderlə yolları ayırmaq qərarına gəliblər.
Xeber-ps.com Fotomac.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli futbolçu yeni mövsümdə "Fənərbağça" klubunun əsas heyətində yer almayıb.
Joze Mourinyo Cengiz Ünderin performansından razı olmadığı üçün komandadan göndərilməsini tələb edib. Klub rəsmiləri futbolçunun meneceri ilə görüşərək yeni komanda tapması tapşırığını veriblər.
Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm Fransanın "Marsel" klubundan transfer olunub.