"Sumqayıt"ın rəqibinin baş məşqçisi mətbuat konfransında iştirak etməyəcək - SƏBƏB

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransında rəqib komandanın baş məşqçi Tamaş Peto iştirak etməyəcək.

Xeber-ps.com xəbər verir ki, buna səbəb rəqib komandanın təyyarəsinin gecikməsi olub.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı isə saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi olacaq.

0.10456585884094