Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Xeber-ps.com xəbər verir ki, görüşdə bir sıra ikitərəfli məsələlər, Fondun İtaliyada həyata keçirdiyi layihələr müzakirə edilib.

Danışıqlar zamanı ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi diqqət mərkəzində olub. COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, o cümlədən gələcəkdə İtaliya tərəfi ilə Heydər Əliyev Mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mədəni layihələr nəzərdən keçirilib.

0.24546194076538