UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə növbəti qol vurulub.

Xeber-ps.com xəbər verir ki, Ağdam təmsilçisinin üstünlüyü davam edir.

Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla "Qarabağ" hesabı 0:2 edir.

UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə ikinci hissə başlayıb.

Xeber-ps.com xəbər verir ki, "Europa Point Stadium"dakı matçda Ağdam təmsilçisinin üstünlüyü davam edir - 0:1.

Qeyd edək ki, 45+2-ci dəqiqədə Juninyo fərqlənib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə hesab açılıb.

Xeber-ps.com xəbər verir ki, Ağdam təmsilçisi hesabda önə keçib.

Juninyo adını tabloya yazdırmağı bacarıb.

Bununla da tərəflər fasiləyə 0:1 hesabı ilə yollanıblar.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" matçı start götürüb.

Xeber-ps.com xəbər verir ki, böyük maraqla gözlənilən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.

Xeber-ps.com xəbər verir ki, böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.

Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

23 iyul

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi

"Linkoln" - "Qarabağ"

Saat 20:00, "Victoria Stadium"

Baş Hakim: İştvan Vad

Anar Həsənov

0.075168132781982