"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Xeber-ps.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.
Müdafiənin hər iki cinahında oynayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.