Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Gürcüstanın Batumi şəhərində təşkil olunan Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

"Report" xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

0.080260038375854