Danimarka millisinin üzvü Bundesliqada çıxış edəcək

Almaniyanın "Ayntraxt" klubu Danimarka millisinin sağ cinah müdafiəçisi Rasmus Kristenseni heyətinə cəlb edib.

Xeber-ps.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 1 il müddətinə İngiltərənin "Lids" klubundan icarəyə götürülüb.

O, 2023-2024 mövsümünü icarə əsasında İtaliya təmsilçisi "Roma"da keçirib.

Qeyd edək ki, R.Krisensen Danimarka millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çıxış edib.

0.065770149230957