İspaniyalı hücumçu "Milan"da

İspaniya millisinin hücumçusu Alvaro Morata İtaliyanın "Milan" klubunun şərəfini qoruyacaq.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Milan" klubunun rəsmi saytı məlumat yayıb.

31 yaşlı forvardın "Milan"la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir və daha bir il uzadılması mümkündür.

Məlumat üçün əlavə edək ki, Alvaro Morato karyerası ərzində "Real Madrid", "Yuventus", "Çelsi" və "Atletiko Madrid" kimi klubların formasını geyinib.

0.062602996826172