Millimizin pley-off mərhələsindəki rəqibi bəlli olur

Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçuların 2025-ci il Avropa çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, Azərbaycan millisi B liqasındadır.

Millinin rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali Makedoniya komandalarından biri olacaq.

Püşkatma saat 15:00-da başlayacaq. Bu mərhələnin oyunları oktyabrın 23-də və 29-da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan yığması Macarıstan (1:1, 0:5), Türkiyə (0:1, 1:0) və İsveçrə (0:4, 0:3) komandaları ilə oynayaraq B1 qrupunda sonuncu yeri tutub.

0.068368196487427