"Qarabağ" klubu Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Xeber-ps.com xəbər verir ki, "köhlən atlar"la 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olacaq.
Məhəmmədəliyev 2016-24-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında "Qarabağ"dan Türkiyə klubuna transfer edilib.
Qeyd edək ki, Şahruddin "köhlən atlar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.