"İnter"dən möhtəşəm geridönüş

Avropanın yaşıl meydanlarında növbəti mövsümə hazırlıqlar davam edir.

Bu çərçivədə İtaliya A Seriyasının son qalibi "İnter" İsveçrə "Luqano"su ilə qarşılaşıb.

Yoldaşlıq matçında ilk iki qolu "Luqano"lu Pşebılko vursa da, "İnter" ardıcıl üç topla nəticəni öz xeyrinə dəyişməyi bacarıb - 3:2.

İtalyanların heyətində Taremi dublla yadda qalıb.

0.06466817855835