Millimiz Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Xeber-ps.com xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla sonuncu - dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir.

Komanda B Liqasının qruplarında dördüncü yeri tutanlar arasında daha yaxşı göstəricinin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Qeyd edək ki, birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. Altı cütün qalibləri ikinci pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

0.065305948257446