YAP-ın parlament seçkisi ilə bağlı siyahısında kimlərin adları yoxdur?

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkisində namizədliyini irəli sürməyib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov, İsa Həbibbəyli və Oqtay Əsədovun namizədliyi irəli sürülməyib.

Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.

0.22274684906006