Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamalın qolu son Avropa çempionatının ən yaxşısı olaraq seçilib.
Xeber-ps.com xəbər verir ki, müvafiq reytinq Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında yerləşdirilib.
Yamalın qolu fransızlarla yarımfinal matçında İspaniya yığmasına hesabı bərabərləşdirməyə imkan verib. Matç ispanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yamal isə Avropa çempionatında qol vuran ən gənc (16 yaş 362 günlük) oyunçu olub.