AVRO-2024-ün ən yaxşı 11-liyi açıqlandı

İspaniyanın çempionluğu ilə yekunlaşan 2024-cü il futbol üzrə Avropa çempionatının ən yaxşı ilk 11-liyi açıqlanıb.

Bu barədə Xeber-ps.com UEFA-nın verdiyi açıqlamaya istinadən bildirir.

Açıqlamaya görə, turnirin ən yaxşı 11-liyində İspaniyadan 6 futbolçu yer alıb.

İspaniyadan başqa, İngiltərə, Fransa, Almaniya və İsveçrədən olan futbolçular da siyahıya daxil edilib.

Beləliklə, AVRO-2024-ün ən yaxşı 11-liyini təşkil edən adlar və ölkələr aşağıdakılardır:

Mike Maiqnan (Fransa), Kayl Uolker (İngiltərə), Vilyam Saliba (Fransa), Manuel Akanji (İsveçrə), Mark Kukurella (İspaniya), Rodri (İspaniya), Fabian Ruiz (İspaniya), Dani Olmo (İspaniya), Lamine Yamal (İspaniya), Jamal Musiala (Almaniya) və Niko Uilyams (İspaniya).

0.082953929901123