Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcəklər

Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcəklər.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Bununla da, yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcəklər.

0.096659898757935