Konor Makqreqor mərcdə milyon dollar qazandı

İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 2024-cü il Avropa Futbol Çempionatında İspaniya milli komandasının qələbəsi sayəsində bir milyon avro qazandığını bildirib.

Xeber-ps.com xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Bankda daha bir milyon avro! İspaniya avronu qazandı! Ad günüm üçün bir milyon!" - Makqreqor "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

Xatırladaq ki, final matçında İspaniya yığması İngiltərə seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

0.068403959274292