Obameyanq Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq

Fransanın "Marsel" klubunun hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edəcək.

Xeber-ps.com xəbər verir ki, 35 yaşlı oyunçu yaxın vaxtlarda "Əl-Qadisiyah" klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2023-cü ildən "Marsel"in formasını geyinən qabonlu futbolçu bu müddətdə meydana çıxdığı 51 oyunda 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Marca.com

0.073586940765381