AVRO-2024: İspaniya və İngiltərə matçında hesab bərabərləşdi

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab bərabərləşib.

Xeber-ps.com xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasında isə Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1.

AVRO-2024: İspaniya və İngiltərə matçında hesab bərabərləşdi

AVRO-2024: İspaniya və İngiltərə matçında hesab bərabərləşdi

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab açılıb.

Xeber-ps.com xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0.

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ikinci hissə başlayıb.

Xeber-ps.com xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıblar.

İspaniya və İngiltərə milli komandaları arasında AVRO-2024-ün final matçının ilk hissəsi başa çatıb.

Oyunda hesab açılmayıb.

İspaniya və İngiltərə milli komandaları arasında AVRO-2024-ün final matçına start verilib.

Xeber-ps.com xəbər verir ki, oyun Almaniyanın paytaxtı Berlindəki "Olimpiaştadion" stadionunda keçirilir.

Matçı Fransua Leteksyenin (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Xatırladaq ki, Almaniyada Avropa çempionatına iyunun 14-də start verilib. Hazırkı çempion AVRO-2020-nin finalında İngiltərə yığmasına qalib gələn İtaliya komandasıdır (1:1, 3:2 pen.). Ən titullu AVRO komandaları hərəyə üç dəfə turnirin qalibi olan Almaniya və İspaniyadır.

0.083112955093384