"Sumqayıt" Monteneqro millisinin futbolçusunu transfer etdi

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Klubdan Xeber-ps.com-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçi son olaraq Xorvatiyanın "Qoritsa" klubunda çıxış etmiş Nikola Vuynoviç ilə "1+2" illik müqavilə imzalayıb.

Monteneqro millisinin 27 yaşlı hücumçusu "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

0.087707996368408