Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" səhifəsində məlumat verib.
Məlumata görə, futbolçu ilə yeni müqavilə 2026-cı ilə qədər davam edəcək. Qeyd olunur ki, yeni müqavilə Ronaldunun 2026-cı il dünya çempionatında iştirak şansını artıracaq, çünki futbolçu turnirdə mübarizə aparmağı planlaşdırır.
Bundan sonra futbolçu peşəkar karyerasını bitirmək niyyətindədir.
Qeyd edək ki, Ronaldunun hazırda 39 yaşı var, o, 5 dəfə "Qızıl top"un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir.
Ronaldu 2022-ci ilin dekabrında "Ən-Nəsr"ə keçib. Portuqaliyalının klubla hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.