"ABŞ-nin Ermənistana yardımı təmənnasız deyil. İrəvandakı indiki hakimiyyət də olmasa, sonrakı hökumətlər Vaşinqtonun verdiyi hər senti qaytarmalı olacaqlar".
Xeber-ps.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən bildirib.
XİN rəsmisi Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq qurmasının yanlış addım olduğunu vurğulayıb.
Zaxarovanın sözlərinə görə, ABŞ heç bir ölkəyə təmənnasız yardım etmir. Bunun müqabilində həmin dövlətlərin ərazisini və resurslarını onların maraqlarını nəzərə almadan öz məqsədləri üçün istifadə edir.
"ABŞ verdiyi hər sentlə yanaşı, artıq həm də vəd etdiyi hər sentin hesabını soruşur", - deyə o qeyd edib.