Kilian Mbappe futbol klubu almaq qərarına gəlib

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağa hazırlaşır.

Məlumata görə, ulduz futbolçu yeni mövsümdə Fransanın II liqasında çıxış edəcək "Kan" klubuna sərmayə qoymaq niyyətindədir.

K.Mbappe və ailəsi əlavə gəlir əldə etmək üçün "Kan" klubuna sərmayə qoymağı hədəfləyib.

Qeyd edək ki, Madrid klubu iyulun 16-da yeni transfer etdiyi 25 yaşlı hücumçunun təqdimat mərasimini keçirəcək.

Mənbə: Marca.com

0.08755087852478