"Qalatasaray" iki futbolçusu üçün 60 milyon avro tələb edir

"Qalatasaray" klubu iki ulduz futbolçusunun transferi üçün ümumilikdə 60 milyon avro tələb edib.

Məlumata görə, "sarı-qırmızılar" AVRO-2024-də özünü yaxşı tərəfdən göstərən Barış Alper Yılmaz üçün 35 milyon avro təklif gözləyirlər.

Türkiyə nəhənginin rəsmiləri təcrübəli müdafiəçi Davinson Sançes üçün təklif göndərən komandalara isə 25 milyon avro qarşılığında razılıq verəcəklərini bildiriblər.

Qeyd edək ki, İngiltərə klublarından "Aston Villa" və "Nyukasl Yunayted" Barış Alper Yılmazın keçidi üçün 25 milyon avro təklif etsə də, "Qalatasaray" rəsmiləri təklifləri qəbul etməyiblər.

Mənbə: Sporx.com

0.055868148803711